Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ hadisə Lerikdə elektrik cərəyanı “Aztelekom”un əməkdaşını vuraraq öldürüb
hadisə

Lerikdə elektrik cərəyanı “Aztelekom”un əməkdaşını vuraraq öldürüb

31-07-2025 22:00 51 Baxış
IMG

Lerikdə elektrik cərəyanı “Aztelekom” MMC-nin əməkdaşını vuraraq öldürüb.

 

Tvit.az-ın Report-a istinadən məlumatına görə hadisə Cəngəmiran kəndində baş verib.

 

Belə ki, rayon sakini 1972-ci il təvəllüdlü Sərdar Balı oğlu Həmidov təmir-bərpa işləri apararkən elektrik cərəyanı onu vurub. O, hadisə yerində ölüb.

 

S.Həmidovun meyiti müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Rayonlararası Zona Mərkəzinə təhvil verilib.

 

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.