Baş Şirvan kollektorunda iki nəfər boğulub.
Tvit.az-ın Report-a istinadən məlumatına görə, hadisə kollektorun Şirvan şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb.
İlkin məlumata görə, iki nəfər (ata və oğul) kanalda boğulub.
Hazırda Fövqəladə Hallar Nazirliyinin dalğıc- xilasediciləri tərəfindən axtarışlar aparılır. Əlavə məlumat veriləcək.