Bakıda üç avtomobil toqquşub, xəsarət alanlar var.
Tvit.az xəbər verir ki, zəncirvari qəza Fatmayı-Novxanı avtomobil yolunda baş verib.
Belə ki, “İsizu”, “Mercedes” və “KİA” markalı nəqliyyat vasitələri toqquşub.
Qəza nəticəsində “Mercedes”in sürücüsü Nigar Abdullayeva və maşında olan iki sərnişin xəsarət alıb.
Yaralılar xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.