Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sport Söyülməyə layiqik" - Neymar
sport

Söyülməyə layiqik" - Neymar

18-08-2025 14:00 13 Views
IMG

"Performansımızdan tamamilə məyus oldum".

"Tvit.az" xəbər verir ki, bunu "Santos"un kapitanı Neymar Braziliya çempionatının 20-ci turu çərçivəsində böyük hesabla məğlub olduqları "Vasko da Qama" ilə matçdan (0:6) sonra deyib.

O, yaşananlara görə utandığını etiraf edib: "Mən utanıram. Azarkeşlərin qəzəblənməyə haqqları var. Onların bizi söyməyə, təhqir etməyə tam haqqları çatır. Biz buna layiqik. Həqiqətən çox utanıram. Həyatımda heç vaxt belə bir şey hiss etməmişəm".

Neymar göz yaşlarına hakim ola bilməməsinin də səbəbini açıqlayıb:

"Göz yaşları qəzəbdən idi. Təəssüf ki, mən hər şeyə kömək edə bilmirəm. Reallıq budur".