Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home turizm Sərhədini pozmağa cəhd göstərən Banqladeş vətəndaşları saxlanıldı
turizm

Sərhədini pozmağa cəhd göstərən Banqladeş vətəndaşları saxlanıldı

20-08-2025 12:00 18 Views
IMG

 

Azərbaycanın dövlət sərhədini pozmağa cəhd göstərən Banqladeş vətəndaşları saxlanılıb.

Bu barədə "Tvit.az"a  Dövlət Sərhəd Xidmətindən (DSX) məlumat verilib.

Bildirilib ki, DSX-nin Sərhəd Qoşunlarının “Zaqatala” sərhəd dəstəsinin xidməti ərazisində sərhəd naryadının sayıqlığı nəticəsində Azərbaycandan Gürcüstan istiqamətində iki nəfər Banqladeş vətəndaşı – 1985-ci il təvəllüdlü Mon Pabon Chandra və 2001-ci il təvəllüdlü MD Raju dövlət sərhədini pozmağa cəhd göstərərkən saxlanılıb.

Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.