Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home turizm Gədəbəydə dağlıq ərazidə yanğın
turizm

Gədəbəydə dağlıq ərazidə yanğın

02-09-2025 17:00 38 Views
IMG

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Gədəbəy rayonunun Qarıkənd kəndində dağlıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.

"Tvit.az" xəbər verir ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Gədəbəy rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunub.

Relyefin mürəkkəbliyinə baxmayaraq, yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində 1.5 ha sahədə quru ot və kol-kos yanıb.

Ətraf ərazilər, o cümlədən yaxınlıqdakı ağaclar yanğından mühafizə olunub.