Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home şou-biznes Alim Qasımovdan 5 milyonluq villa barədə - Açıqlama
şou-biznes

Alim Qasımovdan 5 milyonluq villa barədə - Açıqlama

08-09-2025 10:00 42 Views
IMG

Xalq artisti Alim Qasımov şəxsi villasını 5 milyon manata satışa çıxarması ilə bağlı məlumatlara reaksiya verib. 

Məsələ ilə bağlı “Qafqazinfo”ya danışan sənətkar yayılan informasiyanı təkzib edib.

Xanəndə bildirib ki, bu söhbət tamamilə yalandır: “Hansısa “makler” götürüb ora yerləşdirib. Ev satanın adını niyə yazırlar ora?! Bu söhbət mənlik deyil. Villa dostumuzundur, səhv biliblər”.

Qeyd edək ki, sözügedən mülkün Bakının “Vorovski” adlanan ərazisində, Heydər Əliyevin adını daşıyan məscidin yaxınlığında, 12 sot torpaq sahəsində yerləşdiyi bildirilir.