Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home turizm Laçında traktor dərəyə aşdı - Sürücü öldü
turizm

Laçında traktor dərəyə aşdı - Sürücü öldü

08-09-2025 14:00 43 Views
IMG

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Laçın rayonu, Soyuqbulaq kəndində yol-nəqliyyat hadisəsinin baş verməsi və xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.

"Tvit.az" FHN-ə istinadən xəbər verir ki, məlumatla əlaqədar qəza yerinə Nazirliyin ən yaxın xilasetmə qüvvələri cəlb olunub.

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “XCMG” markalı traktor dərəyə aşıb, 1 nəfər nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qalıb. Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən həyata keçirilən tədbirlər nəticəsində 1 nəfərin meyiti nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.