Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home siyasət Məhkuma xurmanın içərisində narkotik ötürməyə cəhd etdilər
siyasət

Məhkuma xurmanın içərisində narkotik ötürməyə cəhd etdilər

08-09-2025 15:00 37 Views
IMG

Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində İxtisaslaşdırılmış müalicə müəssisəsinə narkotik və psixotrop maddələrin keçirilməsinin qarşısı alınıb.

"Tvit.az" xəbər verir ki, məhkuma tanışı tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman 4 ədəd xurmanın içərisində xüsusi üsulla gizlədilmiş sellofan bükülülərdə 0,730 qram qurudulmuş marixuana və 1,112 qram metamfetamin aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxslərə qadağan olunmuş əşyaların verilməsi və ya ötürülməsinin cinayət məsuliyyətinə səbəb olduğu bir daha vətəndaşların diqqətinə çatdırılır.