Xalq rəssamı, Dövlət Mükafatı laureatı Nazim Bəykişiyev vəfat edib.
Bu barədə Tvit.az-a onun yaxınları məlumat verib.
Ailə üzvlərinin verdiyi məlumata görə, xalq rəssamı bir neçə saat əvvəl yaşadığı evdə dünyasını dəyişib.
Qeyd edək ki, Nazim Bəykişiyev bir müddətdir ağciyər xərçəngindən əziyyət çəkirdi.
Xatırladaq ki, Dövlət Mükafatı laureatı Nazim Bəykişiyev Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı, Azərbaycan Dövlət Akademik Musiqili Teatrı, eləcə də Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrının quruluşçu rəssamı və baş rəssamı olub.