Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home turizm Zərdabda qızı oğurlayan şəxs həbs edildi
turizm

Zərdabda qızı oğurlayan şəxs həbs edildi

10-09-2025 19:00 23 Views
IMG

Sentyabrın 9-da Zərdab rayonunun kəndlərindən birində 22 yaşlı xanımın iradəsi əleyhinə evlənmək məqsədilə oğurlanması hadisəsi baş verib.


Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin regional qrupundan Tvit.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən cinayəti törədən şəxs - 1998-ci il təvəllüdlü İzzət Rəhmanoğlu saxlanılıb.

 

Faktla bağlı Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin adam oğurluğu maddəsi ilə cinayət işi başlanıb. Adam oğurluğunda şübhəli bilinən şəxs cinayət məsuliyyətinə cəlb olunub.

 

Qeyd edək ki, oğurlanan şəxsin yeri müəyyən edilərək ailəsinə qaytarılması təmin olunub.