Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home siyasət Ceyhun Bayramov Mirzoyanla görüşdü
siyasət

Ceyhun Bayramov Mirzoyanla görüşdü

23-09-2025 12:00 276 Views
IMG

Sentyabrın 22-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan Nyu-York şəhərində BMT Baş Assambleyasının sessiyası çərçivəsində görüşüblər.

Xarici İşlər Nazirliyindən "Tvit.az"a verilən məlumata görə, 8 avqust 2025-ci il tarixli Vaşinqton Sülh Sammitinin nəticələrinə əsaslanaraq, nazirlər sülh gündəliyinin irəlilədilməsi üçün mümkün növbəti addımlar barədə fikir mübadiləsi aparıblar.

Nazirlər dialoqu davam etdirmək barədə razılığa gəliblər.