Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home siyasət Əli Əsədov türkiyəli nazirlə görüşdü
siyasət

Əli Əsədov türkiyəli nazirlə görüşdü

23-09-2025 18:00 300 Views
IMG

Sentyabrın 23-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Türkiyə Respublikasının milli təhsil naziri Yusif Tekinlə görüşüb.

 

Bu barədə Tvit.az-a Nazirlər Kabinetindən məlumat verilib.

 

Görüşdə iki ölkə arasında strateji tərəfdaşlıq münasibətlərinin bütün istiqamətlərdə, o cümlədən təhsil sahəsində dinamik inkişafından məmnunluq ifadə olunub.

 

Bakıda Türk Anadolu Liseyinin yeni korpusunun istifadəyə verilməsi iki ölkə arasında təhsil sahəsində səmərəli əməkdaşlığın bariz nümunəsi kimi dəyərləndirilib. Eyni zamanda növbəti tədris ilindən Türkiyənin İstanbul şəhərində Azərbaycan məktəbinin açılacağı qeyd edilib.

 

Y.Tekinin Qarabağ Universitetini, həmçinin Şuşa, Füzuli və Ağdam şəhər orta məktəblərini ziyarət etməsi məmnunluqla vurğulanıb.

 

Səfər çərçivəsində imzalanmış təhsil və peşə təhsili sahəsində əməkdaşlığa dair sənədlərin əhəmiyyəti qeyd edilib.

 

Görüş zamanı təhsil, o cümlədən peşə təhsili sahəsində əməkdaşlığın cari vəziyyət və perspektivləri, Türkiyə-Azərbaycan Universitetinin fəaliyyəti və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.