Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home siyasət İlham Əliyevə buna görə təşəkkür edirəm - Albaniya lideri
siyasət

İlham Əliyevə buna görə təşəkkür edirəm - Albaniya lideri

24-09-2025 19:00 248 Views
IMG

Ermənistanla əldə edilmiş tarixi sülhə görə Azərbaycan Prezidenti İlham Əliyevə xüsusi təşəkkürümü bildirmək istəyirəm.

 

Tvit.az xəbər verir ki, bu sözləri Albaniya Prezidenti Bayram Beqay BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən “Çoxtərəflilik yolayrıcında: Çağırışlar və sülhə gedən yol” adlı yan tədbirdə çıxışı zamanı deyib.

 

“Bu onu göstərir ki, ən dərin münaqişələr belə, dialoq və əzmkarlıqla, barışıq və davamlı sülhə inanan ABŞ kimi tərəfdaşların dəstəyi ilə həll edilə bilər”, - Beqay qeyd edib.