Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home siyasət Bakı və İslamabad bu sahədə də memorandum imzaladı
siyasət

Bakı və İslamabad bu sahədə də memorandum imzaladı

05-12-2025 19:00 11 Views
IMG

DÇ-2026-nın püşkatma mərasimində iştirak üçün ABŞ-ın paytaxtı Vaşinqtonda olan AFFA-nın prezidenti Rövşən Nəcəf səfər zamanı Pakistan Futbol Federasiyasının (PFF) prezidenti Mohsen Gilani ilə görüşüb.

 

Tvit.az xəbər verir ki, görüş zamanı AFFA və PFF arasında futbol sahəsində əməkdaşlığın genişləndirilməsini nəzərdə tutan Anlaşma Memorandumu imzalanıb. Sənədin imzalanmasında məqsəd iki ölkənin milli assosiasiyaları arasında tərəfdaşlığın möhkəmləndirilməsi, futbolun inkişafı və beynəlxalq əlaqələrin daha da gücləndirilməsidir.

 

Memorandum çərçivəsində tərəflər təlim-məşq toplanışlarının təşkili, müxtəlif yaş qruplarından ibarət milli komandalar arasında yoldaşlıq oyunlarının keçirilməsi, qadın futbolu, futzal, çimərlik və əlillər futbolunun dəstəklənməsi, eləcə də hakimlərin mübadiləsi və təhsili sahəsində əməkdaşlıq edəcək.


Bildirilib ki, bu razılaşma hər iki ölkədə futbolun inkişafına, gənc futbolçular, məşqçilər və hakimlər üçün yeni imkanların yaranmasına xidmət etməklə yanaşı, AFFA və PFF arasında dostluq, qarşılıqlı etimadın daha da güclənməsinə təkan verəcək.