Quba stansiyasından 19 km şimalda, Quba rayonunda 3,3 maqnitudada zəlzələ qeydə alınıb.
Tvit.az xəbər verir ki, bu barədə Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb.
Zəlzələ ocağı 9 kilometr dərinlikdə yerləşib. Təbiət hadisəsi hiss olunmayıb.