Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home turizm Xəzər dənizində 2 balıqçı itkin düşdü
turizm

Xəzər dənizində 2 balıqçı itkin düşdü

10-12-2025 10:00 15 Views
IMG

Astara rayonu ərazisində Xəzər dənizində 2 nəfərin itkin düşməsi barədə ilkin məlumat daxil olub.

Bu barədə "Tvit.az"a FHN Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Məlumatla əlaqədar dərhal FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub və aidiyyəti qurumlar məlumatlandırılıb.

Hazırda itkin düşdüyü ehtimal olunan şəxslərin axtarışları davam etdirilir.