Bu gün UEFA Çempionlar Liqasının əsas mərhələsindəki təmsilçimiz “Qarabağ” klubu növbəti oyununa çıxacaq.
Tvit.az xəbər verir ki, təmsilçimiz Niderlandın “Ayaks” klubu ilə qarşılaşacaq. Qarşılaşma saat 21:45-də Tofiq Bəhramov adına Respublika stadionunda start götürəcək.
Xatırladaq ki, beş turdan sonra aktivində 7 xalı olan “Qarabağ” 19-cu, xalı olmayan “Ayaks” isə sonuncu - 36-cı pillələrdə qərarlaşıblar.
10 dekabr
UEFA Çempionlar Liqası, VI tur
Saat 21:45, “Qarabağ” - “Ayaks”.
Hakimlər: Rade Obrenoviç, Yuri Praprotnik, Qreqa Kordez, Mateo Tozan (Sloveniya).