Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home siyasət Ceyhun Bayramov Macarıstana səfər etdi
siyasət

Ceyhun Bayramov Macarıstana səfər etdi

10-12-2025 18:00 40 Views
IMG

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov 10 dekabr 2025-ci il tarixində Macarıstana işgüzar səfərə yola düşüb.

 

Tvit.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin X hesabında məlumat paylaşılıb.

 

Qeyd olunub ki, səfər çərçivəsində 11 dekabr tarixində Azərbaycan-Macarıstan Strateji Dialoqunun üçüncü iclasının, nazir Ceyhun Bayramov ilə Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto arasında və digər yüksək vəzifəli rəsmi şəxslərlə görüşlərinin keçirilməsi nəzərdə tutulub.