Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sport “Qarabağ" - "Ayaks" oyunu təxirə salınır? - Rəsmi açıqlama
sport

“Qarabağ" - "Ayaks" oyunu təxirə salınır? - Rəsmi açıqlama

10-12-2025 20:00 9 Views
IMG

Xəbər verdiyimiz kimi, bu gün saat 21:45-də Tofiq Bəhramov adına Respublika Stadionunda “Qarabağ” – “Ayaks” oyunu start götürəcək. Lakin Bakıda hökm sürən yağışlı hava səbəbindən oyunun təxirə salınacağı ilə bağlı iddialar yayılıb.

 

Tvit.az xəbər verir ki, Globalinfo.az məsələni dəqiqləşdirmək üçün “Qarabağ” FK ilə əlaqə saxlayıb.

 

Klub iddiaları təkzib edib:

 

“Oyun təxirə salınmır, hər şey qaydasındadır. Hazırda stadiondayıq. Bu, adi yağışdır”.