Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home iqtisadiyyat Qeyri-yeyinti məhsulları ixracı 8,4% azalıb
iqtisadiyyat

Qeyri-yeyinti məhsulları ixracı 8,4% azalıb

11-12-2025 14:00 8 Views
IMG

2025-ci ilin oktyabr ayında 218 milyon dollar dəyərində qeyri-yeyinti məhsulları ixrac edilib.

Tvit.az xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 8,4% və ya 20,1 milyon dollar azalma deməkdir.

Qeyd edək ki, 2024-cü ilin oktyabr ayında 238,1 milyon dollar dəyərində qeyri-yeyinti məhsulları ixrac olunmuşdu.

Bu ilin oktyabr ayında isə 120,7 milyon dollar dəyərində yeyinti məhsulu ixrac edilib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 15,17% və ya 15,9 milyon dollar çoxdur.

Müqayisə üçün qeyd edək ki, 2024-cü ilin oktyabr ayında xaricə 104,8 milyon dollar dəyərində yeyinti məhsulu ixrac olunmuşdu. / valyuta.az