Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home siyasət Meksika Azərbaycana hərbi attaşe təyin etdi
siyasət

Meksika Azərbaycana hərbi attaşe təyin etdi

11-12-2025 20:00 28 Views
IMG

Meksika Azərbaycana hərbi attaşe təyin edib.

 

Meksikanın Bakıdakı səfirliyindən Tvit.az-a verilən məlumata görə, bu vəzifəyə Marko Covanni Leyva Kontreras təyin olunub.

 

"Biz Hərbi Hava Qüvvələrinin polkovniki, Baş Qərargahın pilotu Marko Covanni Leyva Kontrerası iqamətgahı Ankarada yerləşən Meksikanın Azərbaycandakı hərbi attaşesi kimi salamlamaqdan məmnunuq. Bu təyinat Azərbaycan və Meksika arasındakı əlaqələri gücləndirəcək", - diplomatik nümayəndəlikdən qeyd ediblər.