Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home turizm Biləsuvarda qadın boğularaq öldürülübmüş - Gəlini və onun qardaşı saxlanıldı (YENİLƏNİB)
turizm

Biləsuvarda qadın boğularaq öldürülübmüş - Gəlini və onun qardaşı saxlanıldı (YENİLƏNİB)

15-12-2025 17:00 22 Views
IMG

Biləsuvar rayon prokurorluğu və rayon polis şöbəsi əməkdaşlarının birgə fəaliyyəti nəticəsində Biləsuvar rayon İsmətli kənd sakini, 1955-ci il təvəllüdlü Almaz Cəfərovanın qəsdən öldürülməsi müəyyən edilib.

Tvit.az xəbər verir ki, həyata keçirilmiş çoxsaylı istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində  2000-ci il təvəllüdlü Qasım Həsənov və bacısı 1995-ci il təvəllüdlü Gülbəniz Həsənzadənin qabaqcadan əlbir olaraq cari il noyabrın 3-də Almaz Cəfərovanı yaşadığı evdə yastıqla boğaraq qəsdən öldürmələrinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Biləsuvar rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, Qasım Həsənov və Gülbəniz Həsənzadə polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib və rayon prokurorluğu tərəfindən şübhəli şəxs qismində tutulub.

***

Biləsuvar sakini boğularaq öldürülüb. 

Tvit.az xəbər verir ki, hadisə rayonun İsmətli kəndində baş verib. 

Belə ki, öz əcəli ilə öldüyü deyilən 1953-cü il təvəllüdlü Almaz Cəfərovanın boğularaq həyatına son qoyulduğu bilinib. Onun ölümündə gəlini və onun qardaşı şübhəli sayılır. Onlar polis tərəfindən saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma başlayıb.

Unikal