Sumqayıt şəhərində 19 yaşlı qız dəm qazından boğularaq ölüb.
Tvit.az xəbər verir ki, hadisə şəhərin Xəzri yaşayış massivində yerləşən fərdi evlərin birində baş verib.
2006-cı il təvəllüdlü Züleyxa Niyaz qızı Hüseynova yaşadığı evin hamam otağında dəm qazından boğularaq həyatını itirib.
Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda araşdırma aparılır.