Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home siyasət Bu şəhərdə abadlıq işləri ilə bağlı 250 minlik müqavilə imzalandı
siyasət

Bu şəhərdə abadlıq işləri ilə bağlı 250 minlik müqavilə imzalandı

15-12-2025 23:00 51 Views
IMG

Qazax Rayon İcra Hakimiyyəti Başçısının Qazax Şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən keçirilən tender müsabiqəsinə yekun vurulub. 

Tvit.az xəbər verir ki, tender Qazax şəhərində aparılacaq abadlıq işlərinin satın alınması ilə bağlı idi. 

Tenderin qalibi "Azərtranss" Məhdud Məsuliyyətli Cəmiyyəti olub. 

Tərəflər arasında imzalanmış satınalınma müqaviləsinin dəyəri 246 min 157 manat təşkil edib.

Aysel Şirinova