Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home turizm Ağstafada üç uşağa atası tərəfindən işgəncə verilib - İDDİA
turizm

Ağstafada üç uşağa atası tərəfindən işgəncə verilib - İDDİA

17-12-2025 20:00 37 Views
IMG

Ağstafada uşaqların atası tərəfindən döyüldüyü iddia edilib.

 

Tvit.az APA-ya istinadən xəbər verir ki, hadisə Yeni gün kəndində baş verib.

 

Uşaqların anası Günel Bayramova iddia edib ki, onun həyat yoldaşı, 42 yaşlı Oruc Əliyev onunla aralarında olan davalara görə uşaqlarını incidirmiş.

 

Sonuncu dəfə davadan sonra ata evinə gedən Günel Bayramova Oruc Əliyev evdə olmayanda uşaqlarına baş çəkməyə gəlib. Bundan xəbər tutan ata da uşaqları anaları ilə görüşdüyü üçün döyüb, işgəncə verib. Azyaşlılar da atalarının analarını və onları günlərlə müxtəlif əşyalarla döyüb işgəncə verdiklərini bildiriblər. Onlar atalarının spirtli içki aludəçisi olduğunu da deyiblər.

 

Azyaşlılar əvvəlcə xəstəxanaya yerləşdiriliblər. Ağstafa Rayon Xəstəxanasından isə bildirilib ki,müayinə zamanı azyaşlılarda ciddi xəsarət aşkar edilməyib.

 

Qeyd edək ki, uşaqlardan ikisi oğlan, biri qızdır.

 

Sözügedən azyaşlılar aidiyyəti qurumların əməkdaşları ilə birlikdə ekspertizaya cəlb ediliblər.


Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə Regional Qrupundan bildirilib ki, məsələ ilə bağlı Ağstafa Rayon Polis Şöbəsində müvafiq ekspertiza təyin edilib. Araşdırmaların nəticəsinə uyğun olaraq məsələyə hüquqi qiymət veriləcək.