Azərbaycan Basketbol Liqasının X turunda daha bir görüş baş tutub.
Tvit.az-ın məlumatına görə, B qrupunda "Ordu" kollektivi "Lənkəran"la üz-üzə gəlib.
Bakı İdman Sarayında baş tutan oyun "Ordu"nun 84:72 hesablı qələbəsi ilə bitib.
Qeyd edək ki, turun əvvəlki oyunlarında "Sərhədçi" "Sumqayıt"ı (86:83), "Naxçıvan" isə "Quba"nı (78:69) məğlub edib. X tura dekabrın 21-də yekun vurulacaq.