Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home iqtisadiyyat Azərbaycanla Almaniya arasında ticarət dövriyyəsi azalıb
iqtisadiyyat

Azərbaycanla Almaniya arasında ticarət dövriyyəsi azalıb

23-12-2025 10:00 16 Views
IMG

2025-ci ilin yanvar-noyabr aylarında Azərbaycan ilə Almaniya arasında ticarət dövriyyəsi 1 milyard 298 milyon 405.84 min ABŞ dolları təşkil edib. Bu məbləğin 543 milyon 659.43 min dolları ixracın, 754 milyon 746.41 min dolları isə idxalın payına düşüb.

 

Tvit.az Oxu.az-a istinadən xəbər verir ki, 2024-cü ilin eyni dövründə Azərbaycan-Almaniya ticarət dövriyyəsi 1 milyard 426 milyon 446.35 min dollar olub. Həmin dövrdə Almaniyaya ixrac 682 milyon 274 min dollar, idxal isə 744 milyon 172.35 min dollar təşkil edib. Beləliklə, cari ilin 11 ayında Almaniya ilə ticarət dövriyyəsində, xüsusilə ixracda azalma qeydə alınıb.

 

Ümumilikdə isə 2025-ci ilin yanvar-noyabr aylarında Azərbaycan xarici ölkələrlə 44 milyard 589 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 1 milyard 480 milyon dollar və ya 3.4 faiz çoxdur.

 

Hesabat dövründə xarici ticarət dövriyyəsinin 23 milyard 401 milyon dolları ixracın, 21 milyard 188 milyon dolları isə idxalın payına düşüb. Son bir ildə ixrac 937 milyon dollar və ya 3.8 faiz azalıb, idxal isə 2 milyard 416 milyon dollar və ya 12.9 faiz artıb.

 

Nəticədə Azərbaycanın xarici ticarətində 2 milyard 213 milyon dollarlıq müsbət saldo yaranıb. Bu isə illik müqayisədə 3 milyard 353 milyon dollar və ya təxminən 2.5 dəfə az deməkdir.