Yeni sızıntılara görə Apple iPhone 18 Pro modelində radikal dizayn yeniliyinə getməyəcək.
Tvit.az xarici mediaya istinadən xəbər verir ki, qurğunun ümumi forması, kamera yerləşimi və ön görünüşünün əvvəlki Pro modellərlə demək olar ki, eyni qalacağı bildirilir.
Bu yanaşma Apple-ın son illərdə seçdiyi mərhələli inkişaf strategiyasına uyğundur. Şİrkət dizayndan çox, avadanlıq, kamera və süni intellekt sahələrində təkmilləşdirmələrə üstünlük verir.
Böyük dizayn sıçrayışının isə iPhone-un 20 illiyinə təsadüf edəcək daha xüsusi bir model üçün saxlanıldığı iddia olunur. Məlumatlar təsdiqlənsə, iPhone 18 Pro tanış və təhlükəsiz yeniləmə kimi təqdim ediləcək.
Aysel Şirinova