Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home siyasət Əli Əsədov qərar imzaladı
siyasət

Əli Əsədov qərar imzaladı

26-12-2025 12:00 25 Views
IMG

İnformasiya təhlükəsizliyi riskləri reyestrinin aparılma qaydası təsdiqlənib.

 

Tvit.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərarda risklər reyestrinin sahibi tərəfindən informasiya təhlükəsizliyi riskləri reyestrinin aparılmasının hüquqi, texniki və təşkilati əsaslarına, risklərin qiymətləndirilməsinə, risklərin emalının təşkilinə və təmin olunmasına, reyestrlərin hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən könüllülük əsasında aparılmasına, habelə risklər reyestrinin sahibi və operatoru üçün həmin reyestrdə olan biliklər və yeni aşkar olunan təhdidlər barədə məlumatların aidiyyəti üzrə ötürülməsinə və onların yenilənməsinə dair tələblər nəzərdə tutulub.

 

Qərarla dövlət orqanları, dövlət adından yaradılan publik hüquqi şəxslər, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər və digər büdcə təşkilatları məsul olduqları informasiya məkanlarında informasiya təhlükəsizliyinə və kibertəhlükəsizliyə təhdidlərin qarşısının alınması məqsədilə 6 ay müddətində informasiya təhlükəsizliyi riskləri reyestrinin yeni təsdiqlənən qaydanın tələblərinə uyğun formalaşdırılmasını təmin etməlidirlər.

 

"İnformasiya məkanında informasiya təhlükəsizliyinə və kibertəhlükəsizliyə təhdidlərin kateqoriyalar üzrə təsnifatlaşdırılmış toplusu"nun daxil edilməsi və daim yenilənməsi məqsədilə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin internet informasiya ehtiyatında "Təhdidlər və həllər" kataloqu yaradılacaq.