Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sport Qurban Qurbanov onun gedişinə icazə vermədi
sport

Qurban Qurbanov onun gedişinə icazə vermədi

26-12-2025 15:00 15 Views
IMG

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Nəriman Axundzadənin komandadan gedişinə icazə verməyib.

Tvit.az xəbər verir ki, gənc futbolçu qış "transfer pəncərəsi"ndə ayrılmayacaq.

Onun məsələsinə yayda baxılacaq.

Qeyd edək ki, N. Axundzadəyə xaricdən bir neçə təklif var.

O, cari mövsüm 24 oyunda 7 qol vurub və 3 məhsuldar ötürmə edib.

(Sportlife.az)