Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home siyasət Prezident İrəvanda keçiriləcək bu konfransda iştirak etməyəcək
siyasət

Prezident İrəvanda keçiriləcək bu konfransda iştirak etməyəcək

26-12-2025 19:00 18 Views
IMG

Məndə olan məlumata görə, Prezident İlham Əliyevin təqvimində Avropa Siyasi Birliyinin gələn il Ermənistanda keçiriləcək konfransında iştirakla bağlı bir plan yoxdur.

 

Tvit.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilin yekunlarına dair hesabatın təqdimatı zamanı jurnalistlərin suallarını cavablandırarkən deyib.

 

Onun sözlərinə görə, hazırda Avropa Siyasi Birliyinin konfranslarla bağlı formatı dəyişib:

 

"Bu mənada, konfranslarda iştirakla bağlı dəvət dövlət başçılarına edilir. Məndə olan məlumata görə, Prezident İlham Əliyevin təqvimində belə bir səfər yoxdur. Amma, şübhəsiz, daha dəqiq informasiyanı Prezident Administrasiyası verə bilər".