Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sport Sadio Mane Seneqal millisindəki karyerasını bitirəcəyi tarixi açıqlayıb
sport

Sadio Mane Seneqal millisindəki karyerasını bitirəcəyi tarixi açıqlayıb

19-01-2026 18:00 179 Views
IMG

Seneqal millisinin hücumçusu Sadio Mane milli komandadakı karyerasını bitirəcəyi tarixlə bağlı danışıb.

 

Tvit.az xəbər verir ki, bu barədə ulduz futbolçu "Bein Sports"a danışıb.

 

O, Seneqal millisi ilə 2026-cı il dünya çempionatında oynamaq istədiyini, daha sonra isə beynəlxalq futbol karyerasını bitirəcəyini bildirib:

 

"DÇ-2026-da oynamağa çalışacağam və sonra beynəlxalq futboldan təqaüdə çıxacağam. Səudiyyə Ərəbistanı liqası çox rəqabətlidir və çox güclüdür, insanlar bunu bilməlidirlər. Bu, dünyanın ən yaxşı liqalarından biridir".

 

Səudiyyə Ərəbistanının "Ən-Nəsr" klubunda oynayan 33 yaşlı futbolçu turnir ərzində iki qol və üç məhsuldar ötürmə ilə yadda qalıb.