Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home iqtisadiyyat Ermənistana dizel yanacağı və 135 ton gübrə yola salındı
iqtisadiyyat

Ermənistana dizel yanacağı və 135 ton gübrə yola salındı

05-03-2026 11:00 13 Views
IMG

Bu gün Azərbaycandan Ermənistana dizel yanacağının və Rusiya gübrəsinin tədarükü baş tutur.

 

Tvit.az xəbər verir ki, 1 984 ton dizel yanacağı yüklənmiş 31 ədəd vaqondan və 135 ton gübrə yüklənmiş 2 vaqondan ibarət qatar Azərbaycan Dəmir Yolları QSC-nin Biləcəri stansiyasından Böyük Kəsik stansiyası istiqamətində yola salınıb.

 

Yük Gürcüstan ərazisindən tranzit keçməklə Ermənistana çatdırılacaq.

 

Rusiya gübrəsi Azərbaycandan tranzitlə Ermənistana göndərilir.

 

Xatırladaq ki, sonuncu dəfə fevralın 25-də Azərbaycandan Ermənistana 4 500 ton dizel daşıyan 39 ədəd çən vaqon yola salınıb. Bundan əvvəl isə yanvarın 11-də Azərbaycandan Ermənistana 979 ton Aİ-92 markalı avtomobil yanacağı yüklənmiş 18 vaqon yola düşüb. Bundan əvvəl isə yanvarın 9-da Ermənistana ümumilikdə 2 698 ton neft məhsulu göndərilib. Daşınan yüklərə 1 742 ton Aİ-95 markalı benzin və 956 ton dizel yanacağı daxil olub.

 

Bu ölkəyə yanacaq ixracına isə 2025-ci dekabrın 18-də başlanılıb. Həmin gün Ermənistana 1 220 ton Aİ-95 markalı avtomobil yanacağı tədarük edilib.


Prezident İlham Əliyevin 2025-ci ilin oktyabrında verdiyi qərara əsasən, işğal dövründən bəri qüvvədə olan Azərbaycandan Ermənistana yüklərin tranziti ilə bağlı məhdudiyyətlər aradan qaldırıldıqdan sonra bu istiqamətdə daşımalar davam edir.