Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home siyasət Özbəkistanlı həmkarı İranın dron hücumundan dərhal sonra Ceyhun Bayramova ZƏNG ETDİ
siyasət

Özbəkistanlı həmkarı İranın dron hücumundan dərhal sonra Ceyhun Bayramova ZƏNG ETDİ

05-03-2026 14:00 11 Views
IMG

Özbəkistan Respublikasının xarici işlər naziri Baxtiyor Saidov Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramova zəng vurub.

 

Tvit.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

 

Bildirilib ki, telefon danışığı zamanı, Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikası ərazisinə İran İslam Respublikası ərazisindən dron hücumlarının narahatlıq doğurduğu bildirilib.

 

Ceyhun Bayramov qarşı tərəfə dron hücumları barədə ətraflı məlumat verib. Bildirib ki, Azərbaycan Respublikasının ərazisinə qarşı həyata keçirilmiş bu hücum beynəlxalq hüququn norma və prinsiplərinin pozulmasıdır və regionda gərginliyin artmasına xidmət edir.

 

Azərbaycan tərəfinin baş verən hücum ilə bağlı İran tərəfindən qısa müddət ərzində aydınlıq gətirilməsinin, izahat verilməsinin və bu kimi halların gələcəkdə təkrarlanmaması üçün zəruri təxirəsalınmaz tədbirlərin görülməsinin tələb olunduğu diqqətə çatdırılıb.