Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home siyasət Şahbaz Şərif İranın Azərbaycana dron hücumu ilə bağlı ciddi narahatlığını ifadə edib
siyasət

Şahbaz Şərif İranın Azərbaycana dron hücumu ilə bağlı ciddi narahatlığını ifadə edib

05-03-2026 22:00 28 Views
IMG

Pakistan İranın bu gün Azərbaycana qarşı həyata keçirdiyi dron hücumları ilə bağlı ciddi narahatlığını bildirib.

 

Tvit.az reporta istinadla xəbər verir ki, bu barədə Pakistanın Baş naziri Şahbaz Şərif "X" sosial şəbəkəsində yazıb.

 

"Qardaş Azərbaycana qarşı edilən hücumlarla bağlı ciddi narahatlığımızı ifadə edirik. Pakistan Azərbaycan rəhbərliyini və xalqını qətiyyətlə dəstəkləyir, vəziyyətin daha da gərginləşməsinə səbəb olan, regional sülh və sabitliyi sarsıdan bu cür pislənilməli hərəkətləri lənətləyir. Biz təmkinli olmağa çağırırıq və gərginliyin azaldılmasının, həmçinin regionda sülh və sabitliyin qorunması üçün dialoq və diplomatiyanın davam etdirilməsinin vacibliyini bir daha vurğulayırıq", - baş nazir qeyd edib.

 

Xatırladaq ki, İrandan Naxçıvana martın 5-də günorta radələrində dron hücumları həyata keçirilib. Dronlardan biri Naxçıvan Beynəlxalq Hava Limanının terminal binasının üzərinə, ikincisi isə Şəkərabad kəndindəki məktəb binasının yaxınlığına düşüb. Hava limanına hücum nəticəsində dörd mülki şəxs xəsarət alıb. İran İslam Respublikasının Azərbaycandakı səfiri Müctəba Dəmirçilu XİN-ə çağırılıb. Azərbaycan tərəfi cavab zərbəsi endirmək hüququnu özündə saxladığını bəyan edib.