Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home turizm Azərbaycanda ticarət mərkəzində YANĞIN
turizm

Azərbaycanda ticarət mərkəzində YANĞIN

06-03-2026 09:00 12 Views
IMG

Gəncədə yanğın hadisəsi baş verib.

Tvit.az xəbər verir ki, hadisə şəhərin Nizami Gəncəvi prospektində yerləşən "Xəmsə Park” ticarət mərkəzində qeydə alınıb.

Belə ki, ticarət mərkəzində anidən yanğın başlayıb. Dərhal əraziyə FHN yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb edilib. Yanğın qısa müddət ərzində söndürülüb, ticarət mərkəzinin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın zamanı xəsarət alan olmayıb. Hadisənin baş vermə səbəbləri araşdırılır./APA