Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sport Azərbaycanın daha 3 güləşçisi Avropa çempionatının finalına yüksəldi
sport

Azərbaycanın daha 3 güləşçisi Avropa çempionatının finalına yüksəldi

10-03-2026 21:00 22 Views
IMG

Serbiyanın Zrenyanin şəhərində keçirilən U-23 Avropa çempionatı davam edir.

"Tvit.az" xəbər verir ki, Azərbaycan təmsilçiləri Ceyhun Allahverdiyev (61 kiloqram), Ali Tsokayev (92 kiloqram) və Yusif Dursunov (125 kq) finala yüksəliblər. Ağanəzər Novruzov (74) kiloqram) ilə Vasif Xudiyev (86 kiloqram) bürünc medal uğrunda mübarizə aparacaqlar.

Ötən gün Vasif Bağırov (57 kiloqram) və Səbuhi Əmiraslanov (79 kiloqram) adlarını finala yazdırıblar. Musa Ağayev (65 kiloqram) ilə Zəfər Əliyev (97 kiloqram) bürünc medal uğrunda güləşəcəklər. Ramik Heybətov (70 kiloqram) isə təsəlliverici görüşə çıxacaq.

Qeyd edək ki, U-23 Avropa çempionatına martın 15-də yekun vurulacaq.