Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sport Azərbaycan U-20 millisinin yeni baş məşqçisi təqdim olundu
sport

Azərbaycan U-20 millisinin yeni baş məşqçisi təqdim olundu

16-03-2026 14:00 21 Views
IMG

"Azərbaycanda keçiriləcək futbol üzrə U-20 dünya çempionatı ilə bağlı müəyyən işlər aparılır".

 

Tvit.az xəbər verir ki, bunu AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev Azərbaycanın 20 yaşadək futbolçulardan ibarət millisinin baş məşqçisi Rui Jorjenin təqdimat mərasimində deyib.

 

AFFA rəsmisi bildirib ki, futbolçularımızın Jorjenin təcrübəsindən yararlanacaqlarına inanır:

 

"Rui Jorje futbolçu kimi Portuqaliya millisi ilə 45 rəsmi oyun keçirib. Bundan əlavə, həmin ölkənin U-21 yığmasına uzun illər rəhbərlik edib. Bizim futbolçuların Jorjenin təcrübəsindən yararlanacaqlarına inanıram. Mütəxəssisin iki portuqaliyalı köməkçisi də var və onlar da Bakıda qalacaqlar".

 

S.Hacıyev R.Jorjenin köməkçilərindən birinin yerli məşqçi olacağını deyib, onun kimliyi yaxın günlərdə açıqlanacaq.

 

Qeyd edək ki, Azərbaycanın U-20 millisi 2027-ci ildə Azərbaycan və Özbəkistanda keçiriləcək FIFA U-20 dünya çempionatında ölkəmizi təmsil edəcək.