Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home siyasət DTX-nın saxladığı Saleh Səmədovla bağlı QƏRAR VERİLDİ
siyasət

DTX-nın saxladığı Saleh Səmədovla bağlı QƏRAR VERİLDİ

19-03-2026 13:00 14 Views
IMG

İmişli Rayon Ağsaqqallar Şurasının keçmiş sədri Saleh Səmədovun həbs müddəti uzadılıb.

Tvit.az xəbər verir ki, bu barədə Səbail Rayon Məhkəməsində istintaq orqanı tərəfindən verilən vəsatətə baxılıb.

Məhkəmənin qərarı ilə Saleh Səmədov barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 3 ay uzadılıb.

Saleh Səmədov AR Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə ittiham olunur.

Qeyd edək ki, Saleh Səmədov Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həbs edilib.

O, həmçinin ötən il mayın 13-də İmişli Rayon Ağsaqqallar Şurasının sədri vəzifəsindən azad edilib./apa.az/