Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sport Entoni Robinson yayda "Mançester Yunayted"ə keçə bilər
sport

Entoni Robinson yayda "Mançester Yunayted"ə keçə bilər

26-03-2026 11:00 19 Views
IMG

İngiltərənin "Mançester Yunayted" klubu "Fulhem"in futbolçusu Entoni Robinsonu heyətinə qatmaq istəyir.

 

Tvit.az "Football Insider"ə istinadən xəbər verir ki, 28 yaşlı müdafiəçi yayda "qırmızı şeytanlar"a keçə bilər.

 

London təmsilçisi ABŞ-dən olan oyunçunu ucuz qiymətə satmaq niyyətində deyil.

 

Qeyd edək ki, 2020-ci ildən "Fulhem"də çıxış edən Robinson cari mövsüm 19 oyunda 1 məhsuldar ötürmə ilə yadda qalıb. Onun hazırkı klubu ilə müqaviləsinin müddəti 2028-ci ilin yayınadək nəzərdə tutulub.