Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home turizm Gəncədə sərxoş kişi evində yanaraq öldü
turizm

Gəncədə sərxoş kişi evində yanaraq öldü

26-03-2026 13:00 22 Views
IMG

Gəncədə sərxoş kişi evində yanaraq həyatını itirib.

 

Tvit.az xəbər verir ki, hadisə şəhərin Yeni Gəncə qəsəbəsində baş verib.


1960-cı il təvəllüdlü Zaur Məmmədovun evində yanğın hadisəsi baş verib. Yanğın söndürüldükdən sonra mənzildən Z.Məmmədovun yanmış meyiti aşkar edilib.


İlkin ehtimala görə, sərxoş vəziyyətdə olan Z.Məmmədov siqaret çəkərkən yuxulayıb və siqaret yerə düşüb. Nəticədə ev və sahibi yanıb.

 

Faktla bağlı araşdırma aparılır.