Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sport "Sabah" Premyer Liqada növbəti qələbəsini qazanıb
sport

"Sabah" Premyer Liqada növbəti qələbəsini qazanıb

27-04-2026 22:00 36 Views
IMG

"Sabah" komandası Misli Premyer Liqasında növbəti qələbəsini qazanıb.

 

Tvit.az-ın məlumatına görə, Masazır təmsilçisi XXIX turun sonuncu matçında "Karvan-Yevlax"a qalib gəlib.

 

"Bank Respublika Arena"dakı qarşılaşma 2:0 hesabı ilə bitib.

 

49-cu dəqiqədə Patrik Mbina, 55-ci dəqiqədə Aron Maluda fərqlənib.

 

Qonaqlardan Tompson Qavi 36-cı dəqiqədə ikinci sarı vərəqəni alaraq meydanda qovulub. Meydan sahiblərindən Aleksey İsayev 64-cü dəqiqədə birbaşa qırmızı vərəqə görüb.


Günün ilk görüşündə "Turan Tovuz" "Zirə" ilə heç-heçə edib - 1:1.

 

Xatırladaq ki, daha əvvəl "Sumqayıt" "İmişli"ni (2:0), "Şamaxı" "Kəpəz"i (2:0), "Qarabağ" "Neftçi"ni (5:1) məğlub edib. "Qəbələ" - "Araz-Naxçıvan" matçında qalib müəyyənləşməyib - 1:1.