Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sport Nəriman Axundzadənin "Kolambus Kryu"dakı maaşı açıqlandı
sport

Nəriman Axundzadənin "Kolambus Kryu"dakı maaşı açıqlandı

13-05-2026 12:00 53 Views
IMG

Azərbaycan milli komandasının üzvü Nəriman Axundzadənin ABŞ-nin "Kolambus Kryu" klubundakı maaşı bəlli olub.

 

Tvit.az xəbər verir ki, bu barədə MLS-in Oyunçular Assosiasiyasının rəsmi internet portalında dərc edilib.

 

Məlumata görə, 22 yaşlı hücumçumuzun Ohayo ştatı təmsilçisindəki illik məvacibi 550 000 ABŞ dolları müəyyən edilib. Ödəniləcək vergilər də hesaba qatıldıqda bu məbləğ ümumilikdə 633 389 dollar təşkil edir.

 

Xatırladaq ki, Nəriman Axundzadə cari ilin fevralında "Qarabağ"la vidalaşaraq "Kolambus Kryu"nun sıralarına qoşulub. Gənc futbolçu MLS klubu ilə 2029-cu ilin iyununa qədər davam edəcək rəsmi müqaviləyə imza atıb.