Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home siyasət Prezident İlham Əliyev paraqvaylı həmkarını təbrik edib
siyasət

Prezident İlham Əliyev paraqvaylı həmkarını təbrik edib

14-05-2026 11:00 18 Views
IMG

Prezident İlham Əliyev Paraqvay Prezidenti Santyaqo Penyanı təbrik edib.

 

Tvit.az xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli cənab Prezident,

 

Paraqvay Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir, ən xoş arzularımı çatdırıram.

 

İnanıram ki, Azərbaycan ilə Paraqvay arasındakı dostluq münasibətlərinin inkişafı, əməkdaşlığımızın həm ikitərəfli, həm də çoxtərəfli müstəvidə genişlənməsi istiqamətində birgə səylərimizi bundan sonra da davam etdirəcəyik.

 

Bu bayram günündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost Paraqvay xalqına əmin-amanlıq və rifah diləyirəm".