Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home siyasət Si Cinpinin xüsusi nümayəndəsi Azərbaycana səfər edəcək
siyasət

Si Cinpinin xüsusi nümayəndəsi Azərbaycana səfər edəcək

15-05-2026 12:00 13 Views
IMG

Çin Sədri Si Cinpinin xüsusi nümayəndəsi Çjan Qotsin Azərbaycana səfər edəcək.

 

Tvit.az-ın xəbərinə görə, bu barədə Çin Xarici İşlər Nazirliyinin rəsmi saytında dərc olunmuş məlumatda bildirilib.

 

"Çin sədri Si Cinpinin xüsusi nümayəndəsi və Dövlət Şurasının vitse-prezidenti Çjan Qotsin dəvət üzrə 17-18 may tarixlərində Azərbaycana səfər edəcək və Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında (WUF13) Liderlər Sammitində iştirak edəcək", - deyə Çin Xarici İşlər Nazirliyinin mətbuat katibi elan edib.