Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home turizm Gəncədə iki avtomobil TOQQUŞDU: Xəsarət alanlar var
turizm

Gəncədə iki avtomobil TOQQUŞDU: Xəsarət alanlar var

12-06-2026 10:00 18 Views
IMG

Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib.

 

Tvit.az-a daxil olan məlumata görə, qəza bu gün saat 9 radələrində şəhərin 28 May küçəsində qeydə alınıb.

 

Belə ki, Daşkəsən rayon sakini, 2001-ci il təvəllüdlü Rəşad Mülqədər oğlu Qasımovun idarə etdiyi VAZ-2107 markalı, 20-CP-287 dövlət qeydiyyat nişanlı avtomobil ilə Gəncə şəhər sakini, 1986-cı il təvəllüdlü Samir Əkbər oğlu Yusibovun idarə etdiyi "Toyota" markalı, 99-FF-382 dövlət qeydiyyat nişanlı maşınla toqquşub.

 

Hadisə nəticəsində "Toyota"nın sürücüsü Samir Yusibov və VAZ-2107 markalı avtomobilin sərnişini, Daşkəsən rayon sakini, 1970-ci il təvəllüdlü Çərkəz İslam oğlu Qasımov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

 

Faktla bağlı araşdırma aparılır.