Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home OTHER BYD Türkiyədəki zavod layihəsindən imtina etməsinə Nazirlik müdaxilə etdi
OTHER

BYD Türkiyədəki zavod layihəsindən imtina etməsinə Nazirlik müdaxilə etdi

12-06-2026 15:00 23 Views
IMG

Çinin avtomobil istehsalçısı BYD-nin Türkiyənin Manisa şəhərində tikilməsi planlaşdırılan zavod layihəsi ilə bağlı proses dayanıb.

 

Tvit.az Türkiyə mediasına istinadən xəbər verir ki ben, layihənin həyata keçirilməsində gecikmələr səbəbindən Türkiyə Sənaye və Texnologiya Nazirliyi şirkətə verilən gömrük və vergi güzəştlərini dayandırıb.

 

Müqavilə şərtlərinə əsasən, zavod layihəsi tamamilə ləğv edilərsə, şirkət aldığı dövlət təşviqlərini faizləri ilə birlikdə geri qaytarmalı olacaq. 5 min nəfərin məşğulluğunu təmin etməsi gözlənilən zavodun tikintisinə hələ başlanmayıb.

 

Şirkət rəhbərliyi hazırda əsas diqqətin ilin sonuna qədər istehsala başlaması planlaşdırılan Macarıstan zavoduna yönəldiyini bildirib. Türkiyə layihəsinin isə faktiki olaraq dayandırıldığı qeyd olunur. Rəsmi açıqlama verilməsə də, zavodun yaxın zamanda tikilməsinin gözlənilmədiyi bildirilir. 

 

Aysel Şirinova