Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sosial Oman Sultanı Azərbaycan Prezidentini təbrik edib
sosial

Oman Sultanı Azərbaycan Prezidentini təbrik edib

17-06-2026 17:00 26 Views
IMG

Omanın Sultanı Heytəm bin Tariq Al Səid Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

 

Tvit.az President.az-a istinadən xəbər verir ki, təbrik məktubunda deyilir:


"Zati-aliləri.

 

Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Zati-alinizə ən səmimi təbriklərimizi çatdırmaqdan böyük məmnunluq duyuram.

 

Fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Azərbaycan xalqına isə davamlı tərəqqi, sülh və firavanlıq arzulayıram".