Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home siyasət Əli Əsədov İordaniya Nümayəndələr Palatasının sədri ilə görüşüb
siyasət

Əli Əsədov İordaniya Nümayəndələr Palatasının sədri ilə görüşüb

22-06-2026 17:00 30 Views
IMG

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov iyunun 22-də İordaniya Haşimilər Krallığı Nümayəndələr Palatasının sədri Mazen Torki Saud Əl-Qadinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

 

Tvit.az xəbər verir ki, görüşdə İslam Əməkdaşlıq Təşkilatının üzvü olan dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci Sessiyasının Bakıda keçirilməsinin əhəmiyyəti qeyd edilib.

 

Azərbaycan ilə İordaniya arasında münasibətlərin dostluq, qarşılıqlı hörmət və səmərəli əməkdaşlıq prinsipləri əsasında uğurla inkişaf etdiyi vurğulanıb.

 

İki ölkə arasında beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlığın və qarşılıqlı dəstəyin önəmi qeyd edilib.

 

Görüşdə Azərbaycan ilə İordaniya arasında qarşılıqlı maraq doğuran bir sıra sahələrdə əməkdaşlıq perspektivləri müzakirə olunub.